İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
İyul-2019
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (154)
Dunen ziyarətçilər: (156)
Bu gün səhifə baxışı: (333)
Dünən səhifə baxışı: (406)
Ana səhifə
 
 

                 AİB-ə gündəlik daxil olan ərizələr

Hörmətli istehlakçı!

İstehklakçı hüquqlarınız pozulan zaman AİB-ə müraciət etmək istəsəniz, AİB-in internet səhifəsində yerləşən xüsusi Ərizə formasından istifadə edə bilərsiniz.   

HÖRMƏTLI ISTEHLAKÇI!

İstehlakçı hüququnuz pozulan zaman sualınız yaranarsa AİB-in veb səhifəsində onlayn rejimində sual-cavab bölümündən suallarınızı verə bilərsiniz

 

                     

 

Azərbaycan  İstehlakçılarının  Qida  Təhlükəsizliyi  Nişanı  (AİQTN)

 İstehlakçı məlumatlarını almaq üçün   www.navigator.az   saytına daxil ola bilərsiniz.

 

"İstehlakçıların Qida Təhlükəsizliyi nişanına" layiq görülmüş müəssisələr

 “Azad Istehlakçılar” İctimai Birliyi (AİİB)      Bakı AZ. 1010, Azərbaycan, D. Əliyeva  küç.,

İndependent Consumers Union (İCU)              239, m. 51”A”

                                                                           239 Dilara Aliyeva str., № 51, AZ 1010 Baku,

                                                                                           Azerbaijan

AİİB                                                                                            T: +994124498995                                       

                                                                                         T/F: +994124412833

                                                                                                                       M: +994503416225

22 may 2019-cu il.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azad İstehlakçılar" İctimai Birliyi tərəfindən “Ekoloji təmiz kənd təsərrüfatı haqqında  Azərbaycan Respublikası Qanununun tələblərinin fermer təsərrüfatlarında istehsal olunan malların  dəyər zəncirinə təsiri barədə maarifləndirmə tədbirləri”

layihəsi çərçivəsində  Hacıqabul rayonunun Abdulabad  kəndində 22.05.2019-cu il tarixdə fermerlərə təlim keçirildi. Təlimdə Hacıqabul RİH-nin Abdulabad kəndi üzrə nümayəndəsi  də daxil olmaqla 19 nəfər  iştirak edirdi.

“HACCP (Hazard Analysis and Critical Control Points) prinsipləri ilə ekoloji kənd təsərrüfatı məhsulları istehsalı və “CS 1- Azərbaycan” təcrübəsinin tətbiqi ilə bazara çıxışı”mövzusunda təlimin məqsədi ekoloji təmiz k/t məhsulları istehsalı  üzrə zəruri aqrotexniki tədbirlər barədə kiçik fermer təsərrüfatları sahibkarlarının bilik və bacarıqlarının artırılması ilə onların bazar rəqabətli məhsul istehsal etməklərinə dəstək vermək olmuşdur.

Təlimçi Nizami Musayev qarşılıqlı müzakirə şəraitində fərdi fermerlərin kənd təsərrüfatı məhsulları istehsalı üzrə problemlərini müzakirə etmiş və  onlara ekoloji təmiz kənd təsərrüfatı  məhsulları istehsalı və “Dəyər zənciri” iştirakçıları ilə işgüzar əlaqələr qurmaqla bazar rəqabətliliyinin təmin olunması yollarını izah etmişdir.

Fərdi fermer Əlislam Dostəliyevin  Abdulabad  kənd əhalisinin suvarma suyuna çıxışının olmasına (Kür çayından çəkilmiş kanal) baxmayaraq suyun azlığından sahələrin aqrotexniki qaydalara müvafiq olaraq vaxtında suvarılmasını apara bilmədiklərini söylədi və bildirdi ki, nəticə etibarilə məhsulun həm keyfiyyət, həm də kəmiyyət göstəriciləri çox aşağı olur. Bu da fərdi fermer təsərrüfatlarının inkişafına əngəl yaradır. Təlimçi  Nizami Musayev suvarma suyu təchizatı ilə bağlı əlaqədar təşkilatlara Bələdiyyə və İcra Nümayəndəsi səviyyəsində müraciət etməyi məsləhət bildiyini söylədi, Eyni zamanda yaxın gələcəkdə xidmət təchizatçıları ilə kooperasiya əsasında müqavilə bağlamaqla aqrotexniki tədbirlərə dair problemləri kompleks şəkildə həll etməyin mümkün olacağını vurğuladı.

Çay fasiləsindən sonra layihə eksperti Fərrux Əsgərov təlim iştirakçılarını “CS 1- Azərbaycan” təcrübəsi üzrə məlumatlandırmış, Abdulabad kənd İcra Nümayəndəsi cənab Rövşən Həsənov və digər təlim iştirakçıları Abdulabad və qonşu Kolanı kəndində birlikdə 1200 fərdi fermer təsərrüfatlarında 5000 başadək İri buynuzlu mal-qara mövcud olduğunu və istehsal edilən südün realizasiya olunması çətinliyini bildirdilər. Həmçinin natiqlər tərəvəz istehsalı üzrə ixtisaslaşmış bu kəndlərdə il ərzində istehsal olunan tərəvəz məhsullarını (xüsusilə badımcanı) satmaq üzrə çətinlikləri olduğunu bildirdilər. Ekspert Fərrux Əsgərov fermerlərə Bakı şəhərində tərəvəz topdansatışı bazarları ilə əlaqə saxlamağı tövsiyyə etdi və qeyd edilən  problemləri barədə layihə fəaliyyəti üzrə yekun hesabatda məlumat və çıxış yolları üzrə tövsiyyələr veriləcəyini bildirdi.

Nizami Musayev fermerlərə istehsal edəcəkləri məhsulun ən azından 50%-nin potensial alıcısını müəyyən edərək müqavilə bağladıqdan sonra işə başlamağı və eyni zamanda davamlı bazar araşdırmaları aparmaqla tələbə üyğun olaraq təsərrüfat fəaliyyətlərini tənzimləməyi məsləhət bildi. Layihə heyəti fermerlərə cari təsərrüfat ilini uğurla başa vurmağı arzuladı.

İştirakçılar tərəfindən təlim qiymətləndirildi. Fermerlər yerlərdə analoji təlimlərin mütəmadi keçirilməsinə ehtiyacın olduğunu bildirdilər.

 

daha ətraflı...

"Azad İstehlakçılar"İctimayi Birliyi(AİİB)01.05.2019 tarixdən,Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Ekaloji Təmiz Kənd Təsərrüfatı Haqqqında"AR qanununun tələblərinin fermer təsərrüfatında istehsal olunan  malların dəyər zəncirinə təsiri barədə maarifləndirmə tədbirlərinin keçirilməsi"layihəsinin icrasına başlayır,Qrantın məbləği 7000 AZN-dir.Layihə çərçıvəsində Hacıqabul,Sabirabad və Saatlı fermerləri ilə yığıncaqlqr keçiriləcək,layihədə nəzərdə tutulan yekun nəticələrin əldə olunması üçün nəzərdə tutulan işlər plan üzrə icra olunacaqdır.Layihənin gedişi və uğurları AİİB-in digər rayon nümayəndəlikləri vasitəsilə interpolyasiya olunacaqdir.İstənilən şəxs layihənin istənilən elementi ilə(O Cümlədən,maliyyənin xərclənməsi ilə)tam şəffaf şəkildə tanış ola bilər.

 
daha ətraflı...

Insanları kor edə bilərlər!Eyni məzmunlu məktubla Dövlət Gömrük komitəsinin sədri Səfər Mehdiyevə və İqtisad Naziri Şahin Mustafayevə

müraciət etmişik. 

 

                    

                                    Azərbaycan Respublikasının

Səhiyyə Naziri Cənab Oktay Şirəliyevə

 

 

 

 Hörmətli Oktay müəllim,

 

          “Azad İstehlakçılar”İctimayi Birliyinə(AİİB) “Brenner”göz linzalarının şübhəli markalanması ilə bağlı istehlakçı məlumatları daxil olmuş və AİİB tərəfindən malın markalanmasına və mənşəyinə dair araşdırma aparılmışdır. Aşağıdakılar məlum olmuşdur:

 

1.Malın üzərində 2 ştrix-kod vardır:

 1.1 “EAN-13 benəlxalq perefiksinə müvafiq GS1 ştrix-kodu,digəri

 1.2“GS1-128 tələblərinə uyğun.

Hər iki ştrix-kod saxtadır!

Beləki1.1.1-“EAN-13” ştrix-kodu səlahiyyətli təşkilatın xüsusi avadanlıği ilə oxunmuş aşağıdakı nəticələr əldə olunmuşdur(nəticələr bu nəktuba əlavə olunur).

-Ştrix-kodun insan oxuyan hissəsində 400701014056847 yazılsa da skaner oxuyan rəqəm 4607014056847 (Rusiya)-dir.

-GS1 standartına uyğun olan məhsulun üzərində yazılmış ştrix-kodun sonuncu rəqəmi “7” yox “5” olmalıdır!

2. GS1-128 ştrix-kodu skanerlə oxunmamışdır. (01)rəqəmindən sonra məhsulunGTİN adlanan nömrəsi göstərilməlidi,yəni 4007014056845 ədədi olmalıdir. lakin belə deyil!

3. Skaner oxuyan zaman aşkarlanan ştrix-kod(4607014056847) və məhsul üzərində qeyd olunan ştrix-kod(4007014056847) haqqında məlumatlar beynəlxalq GEPİR axtariş sistemində aşkar olunmamişdir.

4. Markalanmada istehsal müəssiəsinin adı və ölkəsi qeyd olunmayıb, içlik vərəqə AZ dilində deyil və malın Almaniyada istehsal olunduğu göstərilir.

5. AR-nın Səhiyyə Nazirliyinin (SN) müvafiq qurumundan  şifahi olaraq çətinliklə aldığımız məlumata görə (hörmətli Mahmud müəllim) “Brenner” linzalarının idxalına SN icazə verilməyib.

 

          Sadalanan faktlar göstərir ki,  İşbazlar saxta linzaları “Brenner” markası altında, Almaniya istehysalı olan linza kimi təqdim edərək,  satışını təşkil etmişlər. 

Bu saxtakarlıq nəticəsində gözün katarakta və digər əməliyyatlarında Almaniya istehalı  və “Brenner” markası altında saxta, mənşəyi bilinməyən  linzalardan istifadə olunmuşdur. Pasinetlər avropa keyfiyyətli linzalar qoyulduğunu düşünsələrdə, nəticədə həkimlər və pasientlər aldanılmış vəziyytdə qalmışlar. Yüzlərlə pasientlərin hüquqları pozulmuş və sağlamlıqları risk altına düşmüşdür.

         Məsələnin insan sağlamlığına təhlükə olduğunu və istehlakçıların hüquqları kobud şəkildə pozulduğunu nəzərə alarar, araşdırma aparılması zərurudir. İctimai təşkilat olaraq biz istehlakçıların hüquqlarının qorunması naminə, saxta  “Brenner” linzalarından istifadə edən klinika və həkimlərin adlarının müəyyən olunmasına və bu sahədə şəffaflıq yaradılmasına çalışacayıq.

        Xahiş edirik qeyd olunan şübhəli mənşəli,  “Brenner” markalı linzaların (göz protezi) istifadəsinin qarşısının alınması üçün lazımi tədbirlər görülməsi haqqında göstəriş verəsiniz.

 

Qoşma: 2 (iki) səhifə.

 

    Hörmətlə,

 

     “Azad İstehlakçılar”

ictimai birliyinin sədri :                       E. M. Hüseynov

daha ətraflı...

"Azad İstehlakçılar " İctimai Birliyi (AİİB) ölkəmizdə Qida Təhükəsizliyi Agentliyinin (AQTA) yaradılmasını son dərəcə zəruri olan bir məsələ kimi qiymətləndirir və AQTA-nın əsasnaməsindən irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi üçün nümkün olan ictimai dəstəyi verir. Təsadüfi deyildir ki, Prezdent Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi son layhə də məhz AQTA-nı işinin təşviqinə həsr olunmuşdur. AİİB olaraq AQTA-nın işinə ictimai dəstək vermək üçün dəfələrlə rəsmi müraciətlər etsək də heç bir əməkdaşlığa nail olunmamışdır. Bütün hallarda AİİB-in könüllüləri, mütəxəsissləri AQTA-nın fəaliyyətini diqqətlə izləyir və köməklik göstərirlər.Lakin,İctimai Nəzarət funksiyasını yerinə yetirən bir ictimai qurum kimi ,AİİB-in mütəxəssisləri AQTA-nın cəmiyyətdə çaşqınlıq yaradan və qaynar telefon xəttimizə gələn çoxsaylı istehlakçı müraciətlərinə də biganə qalmır.

Beləki, Son dövrlər qida məhsulları, onların istehsalı və istehlakı və onlara nəzarətlə əlaqədar bir sıra ziddiyyətli məsələlər ortaya çıxmışdır. Bu isə öz növbəsində istehlakşılarda çaşqınlıq yaratmışdır. İstehlakçılardan qaynar telefon xəttimizə daxil olan zənglərə rəğmən “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) olaraq gündəlik bu məsələləri izləyirik və onlardan bir neçəsini diqqətinizə çatdırırıq.
1) Yeni yaradılmış Qida Təhükəsizliyi Agentliyinin 30 iyul tarixində mətbuata verdikləri açıqlamalarda tərkibində Karmin (E 120) və Natrium Nitrit (E 250) maddəsi olan kolbasalardan istifadə etməməyə çağırıb. Bu isə öz növbəsində istehsalçılar və istehlakçılar tərəfindən birmənalı qarşılanmayıb. Beləki bu maddələr istər Azərbycan istərsə də MDB məkanında Səhiyyə Nazirlikləri tərəfindən icazə verilən qatqılar siyahısındadırlar.
Bundan başqa əgər Agentlik bunları təhlükəli hesab edirsə bunu əsaslandırmalıdır xaricdən idxal olunan bu kimi mallar satışdan çıxarılmalı və ya həmin müəssələrdə istehsal olunan məhsulu qadağan etməlidir və ya bu qatqıların əvəzinə istifadə ediləcək alternativ mexanizmlər göstrəməlidir. Bu kimi məlumatlar ciddi çaşqınlıq yaratmışdır.


Çaşqınlıq yaradan material.

https://news.milli.az/society/672118.html
https://daytube.az/az/videos/70568/
2) İkinci məsələ istehsal olunan məhsulların sertifikatlaşdırılması ilə bağlıdır. Məsələn Agentliyin rıhbərinin Real TV-ə verdiyi müsahibəsində bildirir ki, müəssə standartlara cavab verirsə onda onun istər bir adda istər 5 adda məhsuluna avtomatik sertifikat veriləcək. Beynalxalq təcrübədə belə bir təcrübənin mövcud olması sual altındadır. Çünki sertifikatlaşdırma sahəsi dəqiq göstərilməlidir. Müəssisənin infrastrukturunu yaxşı olması hələ onun təhlükəsiz qida istehsal etməsi demək deyil! Axı AQTA-nın əsasnaməsində tarladan-süfrəyədək izləmə nəzərdə tutulub !

Çaşqınlıq yaradan material

https://www.youtube.com/watch?v=aeWSjjCiKmE

3) Agentlik hazırda 20 -ə yaxın laboratoriyanı cəmləyib amma təəssüfki bu laboratoriyalın heç biri beynalxalq akkreditasiyadan keçməyib. Bu isə öz növbəsində verilən rəylərin hüquqi cəhətdən qüvvədə olmasını sual altına alır.

daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır